Çin Baydenin Si Tsinpini diktator adlandırmasına reaksiya verib

ABŞ prezidenti Co Baydenin Çin dövlət sədri Si Tsinpini diktator adlandırması yanlışdır...
“Bu bəyanat son dərəcə yanlış və məsuliyyətsizdir. Çin siyasi manipulyasiyaya qəti şəkildə qarşıdır”.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Baydenin ifadəsinə belə cavab verib.

Çin Xarici İşlər Nazirliyi sözçüsü qeyd edib ki, Pekin-Vaşinqton münasibətlərini təhrik etməyə və pozmağa çalışan gizli niyyətli insanlar həmişə var, lakin onların bu cəhdləri uğurlu olmayacaq.

Qeyd edək ki, ABŞ prezidenti çinli həmkarı ilə San-Fransiskoda APEC sammiti çərçivəsində görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Bayden hələ də Si Tsinpini diktator hesab etdiyini bildirib.

Poliqon.info