Avropa çempionatı: Qadın və kişi şahmatçılarımız turu qələbə ilə başa vurublar
“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Bu tur Azərbaycan millisində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıblar. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıblar. Yekunda milli 3:1 hesablı qələbəni aktivinə yazdırıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurublar. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5:1,5 hesabı ilə qələbə qazandırıb.V turdan sonra kişilərdən ibarət Azərbaycan komandası 6 xalla 9-cu yerdədir. Hərəyə 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandaları turnir cədvəlinə başçılıq edirlər.
Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI turda kişilərdən ibarət Azərbaycan komandası Yunanıstan, qadın şahmatçılar isə Bolqarıstanla mübarizə aparacaqlar.
Poliqon.info