İsrail HƏMAS siyasi bürosu rəhbərinin iqamətgahını vurub

İsrail ordusu Qəzzada HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin iqamətgahına zərbələr endirib...

İsrail Müdafiə Qüvvələri (İDF) Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzza zolağındakı iqamətgahına zərbə endirilməsi barədə məlumat yayıb.

Poliqon xəbər verir ki, bu barədə Israil ordusunun Telegram kanalında məlumat yayılıb.

Hədəf noyabrın 16-na keçən gecə İDF döyüşçüləri tərəfindən vurulub. İsrail ordusunun məlumatına görə, fələstinli siyasixadimin iqamətgahı terror infrastrukturu kimi istifadə olunub. İDF hesab edir ki, burada HƏMAS-ın yüksək səviyyəli liderlərinin də görüşləri keçirilib.

Qeyd edək ki, daha əvvəl Financial Times nəşri xəbər vermişdi ki, İDF bütün “Əl-Şifa” xəstəxanasına nəzarəti ələ keçirdikdən sonra hərbi əməliyyatı dayandıra bilər.

Poliqon.info