Co Bayden: İsrailin Qəzzanı işğal etməsi böyük səhv olar

ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağının işğal etməsinin böyük səhv olacağını bildirib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti San-Fransiskoda APEC sammiti çərçivəsində Çin sədri Si Tszinpinlə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.

Bayden qeyd edib ki, o, Qəzzanı işğal edib saxlamağın böyük səhv olacağını İsrail tərəfinə açıqlayıb.

ABŞ prezidenti Fələstin-İsrail münaqişəsinin sona çatmasının ehtimal olunan vaxtı barədə danışmayıb. Bayden deyib ki, o, falçı deyil, ona görə də İsrail və Fələstin arasındakı qarşıdurmanın nə qədər davam edəcəyi barədə danışa bilməz.

Eyni zamanda, Amerika prezidenti vurğulayıb ki, iki dövlətin birgə yaşaması əsasında nizamlanma əldə olunmayana qədər münaqişə bitməyəcək.

Bundan əvvəl də ABŞ prezidenti demişdi ki, Yaxın Şərqdəki vəziyyətin həlli üçün yeganə variant iki dövlətli həll yoludur.

Poliqon.info