Bayden Si Cinpinlə görüşdən sonra Çin sədrini diktator adlandırıb

San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin Sədri Si Cinpinlə görüşən ABŞ Prezidenti Co Bayden onun barədə fikirlərinin dəyişmədiyini bildirib...

“Qulaq asın, bu, elə həmin şəxsdir. Si Cinpin o mənada diktatordur ki, o, hökuməti bizimkindən tamamilə fərqli olan kommunist ölkəsini idarə edir”, - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin təxminən bir ildən sonra ikitərəfli danışıqlar aparıblar.

Hələlik görüşün təfərrüatı barədə ictimaiyyətə geniş məlumat verilməyib.

Poliqon.info