Bayden İsrailin “Əl-Şifa” xəstəxanasına basqınını dəstəkləyib

ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağında “Əl-Şifa” xəstəxanasına basqını dəstəkləyib, həmçinin Həmasın qərargahının tibb kompleksi altında yerləşdirilməsini pisləyib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

ABŞ prezidenti HƏMAS qərargahının tibb kompleksinin altında hərbi əməliyyatlar apardığını və bunun hərbi cinayət olduğunu bildirib və əlavə edib ki, İsrail işğal nəticəsində mülki əhalinin itkilərini məhdudlaşdırmaq üçün tədbirlər görüb. Bayden basqınla bağlı beynəlxalq tənqidlər fonunda İsraili dəstəklədiyini qeyd edib.

Prezident həmçinin tərəflərin Fələstin qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılığa gələcəyinə “bir az ümidli” olduğunu bildirib. Bayden əlavə edib ki, onları azad etmək üçün əlindən gələni edir.

“HƏMAS artıq açıq şəkildə bəyan edib ki, onlar əvvəlki kimi İsrailə yenidən hücum etməyi planlaşdırırlar. Onlar körpələrin başlarını kəsib, qadın və uşaqları diri-diri yandırıblar. Deməli, onların sadəcə dayanıb heç nə etməyəcəkləri fikri real deyil”, deyə ABŞ prezidenti bildirib.

Poliqon.info