Xoşqədəm Hidayətqızını efirə çıxmağa qoymadılar

Aparıcı 3 il öncə Zəfər Günündə ona pislik edən insana səslənib...

"Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı". Yenisabah.az xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı öz verilişində deyib.

Aparıcı ad çəkmədən 3 il öncə Zəfər Günündə ona pislik edən insana səslənib:

"Zəfər Günü oyun qurub məni efirə çıxmağa qoymadılar. Onu heç vaxt bağışlamaram. Nə olursa-olsun. Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı.

Mən vaxtilə ermənilərin törətdiyi vəhşilikləri gözümlə görmüşəm. O ağır günlər heç vaxt yadımdan çıxmır.

Atam səngərdə kəndi qoruyurdu, üzünü görmürdük, gecə-gündüz növbə çəkirdilər. Ona görə də deyirəm, səni o dünyada da bağışlamayacağam. Bunu bil".

Poliqon.info