Politoloq: ABŞ dünyanı sürətlə üçüncü böyük müharibəsinə doğru aparmaqdadır...

Metyu Miller bildirib ki, Netanyahunun verdiyi bəyanatlar ABŞ-ın mövqeyi ilə ziddiyyət təşkil edir...

Kənan Novruzov: “Metyu Miller səmimi deyil və ABŞ-la İsrail arasında fikir ayrılıqlarının olmasına inanmıram”.

“Həm Yaxın Şərqdəki, həm də Şərqi Avropadakı bu gün davam edən müharibənin əsas səbəbkarı məhz ABŞ-dır, Vaşinqtonun ambisiyaları və hegemonluq cəhdləridir”.

Bu sözləri politoloq Kənan Novruz İsraillə ABŞ arasındakı fikir ayrılıqlarını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Dövlət Departamentinin təmsilçisi Metyu Miller bildirib ki, Netanyahunun verdiyi bəyanatlar ABŞ-ın mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, ABŞ İsrailin Qəzzanı işğal etməsini qəbul etmir və bu barədə də Blinken İsrailə səfəri zamanı açıq şıkildə bildirib. Lakin Netanyahu hökümətinin Qəzzanı İsrail ordusunun nəzarəti altında saxlaması ilə bağlı əmin açıqlamalar verir.

İsraillə ABŞ arasındakı bu fikir ayrılığı Fələstinin və Yaxın Şərqin gələcəyinə necə təsir edə bilər və müharibədən sonrakı Qəzza zolağı bu fikir ayrılığı fonunda necə görünür?

ABŞ və İsrail arasında baş verənləri Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Yaxşın Şərqdəki müharibə yaxın vaxtda başa çatmayacaq. Əksinə biz bir müddətdən sonra görəcəyik ki, müharibənin miqyası genişlənəcək”.

Dünyada qütbləşmənin artacağını proqnoz edən politoloq Poliqon-a açıqlamasında bildirib ki, qütbləşmə artandan sonra da bu gün səhnə arxasında qalmağa çalışan nəhəng siyasi aktorlar artıq birbaşa Fələstinə müdaxilə etməyə məcbur olacaqlar:

“Bu cür bəyanatlarla, Qərb dövlətinin bəyanatlarına, o cümlədən də ABŞ-ın bəyanatlarına əsasən fikir yürütmək doğru deyil. Siyasətdə bəyanatlara yox, atılan addımlara, hərəkətlərə qiymət vermək lazımdır. Bəyanatlar sadəcə manipulyasiyaya, ictimai rəyin formalaşdırılmasına hesablanıb.

Rəsmi Vaşinqton heç də süddən çıxmış ağ qaşıq deyil. Şübhəsiz ki, ABŞ-ın Yaxın Şərqdəki vəziyyətlə bağlı öz maraqları var. ABŞ dünyanı sürətlə üçüncü böyük müharibəsinə doğru aparmaqdadır. Həm Yaxın Şərqdəki, həm də Şərqi Avropadakı bu gün davam edən müharibənin əsas səbəbkarı məhz ABŞ-dır, Vaşinqtonun ambisiyaları və hegemonluq cəhdləridir. ABŞ bu məqsədlərinə çatmaqdan ötrü gözünə heç nə görünmür.

Düşünürəm ki, Metyu Miller səmimi deyil və ABŞ-la İsrail arasında fikir ayrılıqlarının olmasına inanmıram. Ən azı ona görə ki, indiki məqamda ABŞ-la İsrailin maraqları qismən də olsa, üst-üstə düşür.

Kənan Novruzov: “Şübhəsiz ki, ABŞ-ın Yaxın Şərqdəki vəziyyətlə bağlı öz maraqları var”.

Yaxşın Şərqdəki müharibə yaxın vaxtda başa çatmayacaq. Əksinə biz bir müddətdən sonra görəcəyik ki, müharibənin miqyası genişlənəcək. Digər ərəb dövlətlərinin, hətta prespektivdə Misirin də müharibəyə qoşulması istisna deyil. Məsələn, Livan artıq bu və ya digər formada müharibəyə qoşulub. Düzdür, Misirin müharibəyə qoşulması daha qeyri-realdır və çətindir, amma müharibə davam etsə, Misir də müharibəyə qoşulacaq.

Dünyada qütbləşmə artacaq. Qütbləşmə atandan sonra da bu gün səhnə arxasında qalmağa çalışan nəhəng siyasi aktorlar artıq birbaşa Fələstinə müdaxilə etməyə məcbur olacaqlar”.

Nərminə UMUDLU Poliqon.info