İsrail “Əl-Şifa” xəstəxanasının tibb işçilərini atəşə tutub

İsrail hərbçiləri Qəzza zolağında Əl-Şifa xəstəxanasının tibb işçilərinə atəş açıb...

Poliqon xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın müxbiri bildirib ki, İsrail ordusu tibb kompleksinə hücum zamanı işçilərdən binanı tərk etməyi tələb edib, guya təhlükəsiz çıxış dəhlizi təmin edib, lakin az sonra İsrail hərbişiləri xəctəxana əməkdaşlarına atəş açmağa başlayıb.

Qəzza zolağındakı xəstəxanaların baş direktoru tibb işçilərinə hücumla bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, İsrail ordusu hücum zamanı Qəzza zolağında “Əl-Şifa” xəstəxanasının ərazisini nəzarətə götürüb. İsrail ordusundan verilən məlumata görə, bu, HƏMAS qruplaşmasına və onun yeraltı infrastrukturuna qarşı “dəqiq və məqsədyönlü əməliyyat” çərçivəsində həyata keçirilib.

Poliqon.info