Sabiq Baş nazir: Bayden getsə, Zelenskinin hakimiyyətini itirəcək

Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov bildirib ki, ABŞ prezidenti Co Bayden Ukraynaya yardımı dayandırmaq niyyətində deyil, çünki o, Vladimir Zelenskinin rəhbərlik etdiyi hökumətə inanır...

Poliqon xəbər verir ki, Azarov bu barədə öz Facebook səhifəsində yazıb.

Sabiq Baş nazir qeyd edib ki, Ukrayna liderinin uğursuzluğu Ağ Ev rəhbəri üçün məğlubiyyət olacaq.

“Bayden administrasiyası Zelenskiyə mərc edib. Əslində, Zelenskinin siyasətdəki məğlubiyyəti, yəni hakimiyyətdən getməsi Baydenin və təkcə onun yox, onunla qucaqlaşan, öpüşən, şəkil çəkdirən, alqışlarla qarşılayan bütün digər siyasi xadimlərin məğlubiyyəti olacaq və s. ABŞ-da administrasiya dəyişsə, çox güman ki, bu, Kiyevdə rejim dəyişikliyi ilə nəticələnəcək. Amma hələlik mən amerikalıların Zelenskidən başqasına mərc etdiklərinə dair heç bir əlamət görmürəm”, deyə Azarov bildirib.

Onun fikrincə, bu o demək deyil ki, Qərbin Zelenskinin yerini tuta biləcək namizədləri yoxdur. Azarov vurğulayıb ki, Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun seçki kampaniyası zamanı onun arxasında daha bir neçə ehtiyat namizəd hazırlanır.

Poliqon.info