BMT rəsmisi: ABŞ-da sistemli irqçilik hökm sürür

Birləşmiş Ştatlara səfərindən sonra BMT-nin irqçiliyin müasir formaları üzrə xüsusi məruzəçisi Aşvini K.P. bəyan edib ki, bu ölkədə sistematik irqçilik və irqi ayrı-seçkilik davam edir...

Poliqon xəbər verir ki, səfər zamanı o, bir neçə ştatda olubb və 2024-cü ilin iyununda səfəri ilə bağlı hesabat təqdim etməyi planlaşdırır.

Xüsusilə, Aşvini K.P. irqçiliklə mübarizəyə yönəlmiş hökumət təşəbbüslərinin insanların əksəriyyəti üçün hələ də əhəmiyyətli irəliləyişlərə səbəb olmadığından və güc bərabərsizliyinin əsasında duran ağ üstünlüyü problemini həll etməməsindən narahatlığını ifadə edib. Bu, irqçiliyin və irqi ayrı-seçkiliyin müasir formalarını dəstəkləyir.

Aşvini həmçinin irqi ədalətə nail olmağa yönəlmiş təşəbbüslərə qarşı koordinasiyalı müqaviməti qeyd edib. Onun səfəri zamanı tanış olduğu insanların çoxu öz fundamental hüquqları uğrunda mübarizə aparmağın zəruriliyindən və nə qədər tez-tez maneələrlə qarşılaşdıqlarından danışıb.

Mütəxəssis ABŞ-ın irqçilik və irqi ayrı-seçkiliyə qarşı mübarizədə kritik mərhələdə olduğunu vurğulayıb. BMT ekspertinin bəyanatında deyilir ki, irqçiliyin təzahürləri irqi cəhətdən təcrid olunmuş qruplara mənsub insanlara həyatlarının hər mərhələsində tarixən, sistemli və institusional olaraq təsir edir.

Noyabr ayında BMT-nin İnsan Haqları Komitəsi də öz hesabatında qeyd edib ki, ABŞ-da cinayət ədaləti etnik azlıqlara qarşı ağdərililərdən daha sərtdir. Qaradərili insanlar daha çox ölüm cəzası alırlar və daha ağır cəzalar alırlar.

Poliqon.info