Türkiyə ilin sonuna qədər İsveçin NATO-ya üzvlüyünü təsdiqləyə bilər

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası ilin sonuna qədər tamamlana bilər...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə Türkiyə Böyük Millət Məclisindəki mənbə məlumat verib.

Bununla belə, o qeyd edib ki, yekun qərarı yenidən gecikdirə biləcək hər hansı bir addımın atılması prosesi dəyişə bilər.

Bundan əvvəl Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuat Oktay bildirmişdi ki, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsməyəcək. O qeyd edib ki, müvafiq komitə bu məsələni “öz prioritetləri çərçivəsində" müzakirə edəcək.

Oqtay vurğulayıb ki, İsveçin Şimali Atlantika Alyansına üzvlük məsələsi bəzi digər dövlətlər kimi Türkiyə üçün də aktual deyil. O, əmin edib ki, "vaxtı gələndə" parlament bu məsələni müzakirə edəcək.

İsveç Rusiyanın Ukraynadakı əməliyyatına görə Finlandiya ilə birlikdə 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib. 4 aprel 2023-cü ildə Finlandiya rəsmi olaraq alyansa üzv olub. İsveçin girişi Stokholmda Quranın yandırılması hadisəsi və Türkiyənin bu məsələdə mövqeyinə görə gecikib.

Macarıstan Türkiyə ilə birlikdə İsveçin Alyansa qoşulmasına hələ razı olmayan sonuncu NATO üzvüdür. 2023-cü ilin oktyabrında Türkiyə İsveçə qarşı ritorikasını yumşaldıb və prezident Rəcəb Tayyib Ərdoğan şəxsən ratifikasiya protokolunu parlamentə təqdim edib.

Poliqon.info