Bakıda itən məktəblilər tapılıb

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 29-da 2005-ci il təvəllüdlü Həsənova Aysu Daşdəmir qızı və onun yaxın qohumu 2005-ci il təvəllüdlü Bağırov İlqar Xalid oğlu təhsil aldıqları 64 saylı məktəbdən dərsdən çıxıblar və vaxtında evə qayıtmayıblar.Bundan narahat olan valideynlər dərhal Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinə müraciət ediblər. Polisin keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin gün saat 17 radələrində uşaqlar rayon ərazisində yerləşən Həzi Aslanov parkında oynayarkən tapılıblar.Polis uşaqları ailəsinə təhvil verib.