Kennedi: Rusiyanı zəiflətmək Amerika üçün faydalı deyil

ABŞ-da prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi hesab edir ki, Rusiyanın zəifləməsi ABŞ-ın milli maraqlarına ziddir...

Poliqon xəbər verir ki, Kennedi bu barədə “Responsible Statecraft” nəşrinə danışıb. Kiçik Kennedinin sözlərinə görə, bu gün ABŞ-ın strategiyası Rusiyanın zəiflədilməsinin Amerikanın milli maraqlarına uyğun olması ideyasına əsaslanır.

“Bu fikir yanlışdır. Zəif və qeyri-sabit Rusiya bizim təhlükəsizliyimizə fayda verməyəcək, yalnız bizə zərər verəcək”, deyə siyasətçi bildirib.

Qeyd edək ki, Kennedi dəfələrlə Rusiya və ABŞ arasında “konstruktiv dialoq”un qurulmasının zəruriliyini bəyan edib. Onun fikrincə, Amerikanın hazırkı prezidenti Co Baydenin Rusiya ilə münasibətlərdə hərəkətləri “dərin səhvdir”.

Xatırladaq ki, kiçik Robert Kennedi qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin qardaşı oğludur və 69 yaşı var. Aprel ayında o, 2024-cü ildə Demokratik prezidentliyə namizəd olmaq üçün müraciət edib, lakin sonda müstəqil namizəd kimi kampaniya aparmaq qərarına gəlib. Quinnipiac Universitetinin sorğusuna əsasən, kiçik Robert Kennedinin seçki reytinqi hazırda təxminən 12% təşkil edir.

Poliqon.info