İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, “Ford” markalı avtomobil VAZ 2107 markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində İsmayıllı sakinləri - 1977-ci il təvəllüdlü Aynur Abasət qızı Məmmədova və 1965-ci il təvəllüdlü Mehman Şirməmməd oğlu Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info