Özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı açıqlanıb

Özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı açıqlanıb...

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcək: “Bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə, özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq. "İşsizlikdən Sığorta Fondunun" büdcə layihəsi 2024-cü ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, ictimai-sosial işlərin və s. xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək”.

Poliqon.info