Seymur Herş: Ağ Ev ABŞ-ın İsrailə təsir edə bilmədiyini bəyan edir...

Ağ Ev Yaxın Şərqdə hökm sürən xaosun öhdəsindən gəlmək gücündə deyil...
“ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstin-İsrail münaqişəsinin həllində İsrailin Baş naziri Benyamin Netanyahuya təsir göstərə bilmir. Çünki Ağ Evin özü orada hökm sürən xaosun öhdəsindən gəlmək gücündə deyil”.

Poliqon xəbər verir ki, bunu amerikalı publisist və “Pulitzer” mükafatı laureatı Seymur Herş deyib.

Jurnalist Amerika rəsmilərinə istinad edir. Herşin sözlərinə görə, İsrailin Baş naziri Qəzza zolağında istədiyini etməyə davam etdiyi üçün ABŞ Dövlət Katibi Entoni Blinkenin daimi çaşqınlıq içində olduğu görünürür.

Herşin iddiasına görə, bir mənbə Vaşinqtonun “heç kimin idarə etmədiyi bir güc boşluğu” ilə üzləşib. Jurnalistin fikrincəABŞ-ın İsrailə təsir edə bilməməsinin səbəbi Amerika dövlət aparatının daxilində tam xaos hökm sürməsidir.

Herşin həmsöhbəti həmçinin bildirib ki, Birləşmiş Ştatlar İsraili hər gün minlərlə bomba ilə təchiz etməyə davam edərkən, Ağ Ev Baydenin qarşıdan gələn seçkilərdə qalib gəlməsini təmin etmək üçün hər şeyi etməyə çalışır.

Poliqon.info