Paşinyan KTMT-nin Minsk sammitində iştirakdan imtina edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya noyabrın 23-də Minskdə keçiriləcək KTMT iclasında iştirakdan imtina etdiyini bildirib...

Poliqon xəbər verir ki, Ermənistan liderinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etməyəcəyi ilə bağlı məlumatı Lenta.ru portalı yayıb.

“Belarus tərəfinin təşəbbüsü ilə Baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb, KTMT Şurasının noyabrın 23-də Minskdə keçiriləcək iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və ümid etdiyini bildirib ki, KTMT tərəfdaşları bu qərarı anlayacaqlar”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 18-də Ermənistan parlamentində xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib ki, Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Avrasiya İqtisadi İttifaqından çıxmaq mövzusunu müzakirə etmir.

Poliqon.info