Berns Zelenskiyə “vaxtının bitdiyini” bildirmək üçün Ukraynaya gedib

Vaşinqton MKİ direktoruna Ukrayna münaqişəni dondurmağı tapşırıb...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukraynadakı münaqişəni “dondurmaq” tapşırılıb.

Poliqon xəbər verir ki, bu barədə alman əsilli fin biznesmeni və ən böyük fayl hostinqi “Megaupload” xidmətinin keçmiş sahibi Kim Dotkom X sosial şəbəkəsində yazıb.

Dotkomun sözlərinə görə, Berns Volodimir Zelenskiyə “vaxtının bitdiyini” bildirmək üçün Ukraynaya gedib.

Dotkom ABŞ prezidenti Co Baydenin aşağı reytinqini xilas etmək üçün Ukrayna münaqişəsini dondurmaq istədiklərini iddia edir.

Sahibkar Bernsin təklif etdiyi təklifdən imtina edəcəyi təqdirdə Zelenskiyə “uğurlar” arzulayacaq.

Poliqon.info