Blinken Dövlət Departamentində fikir ayrılıqlarının olduğunu etiraf edib...

ABŞ-ın Dövlət Katibi Entoni Blinken Qəzza münaqişəsi ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarının olduğunu etiraf edib...

ABŞ Dövlət Katibi Entoni Blinken Prezident Co Bayden administrasiyasının Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişəyə yanaşması ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarını etiraf edib.

Poliqon xəbər verir ki, bu barədə CNN Dövlət Departamentinin əməkdaşlarına göndərilən elektron poçta istinadən məlumat yayıb.

Yayımçı Blinkenin sözlərindən sitat gətirib: “Depatamentdəki bəzi insanlar bizim qəbul etdiyimiz yanaşmalarla razılaşmaya bilər və ya daha yaxşı nə edə biləcəyimizə dair fikirləri ola bilər”.

Blinkenin sözlərinə görə, Vaşinqtonda bu fikir ayrılıqlarını müzakirə etmək üçün forumlar təşkil edilir və ABŞ-ın dünya üzrə nümayəndəliklərində “əlaqə və ideyalar” axtarmaq üçün açıq müzakirələr aparılır.

Poliqon.info