Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın olub

Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib...

APA-nın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.

Poliqon.info