Macarıstan Avropanın Ukrayna siyasətindən narahatdır...

Siyarto: Macarıstanın Aİ-nin Ukrayna ilə bağlı mövqeyini dəyişmək qabiliyyəti ilə bağlı heç bir illüziyası yoxdur...

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya və anti-Rusiya sanksiyalarına münasibətini yenidən nəzərdən keçirməlidir, çünki mövcud siyasət yanlış olduğu ortaya çıxıb.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, nazir eyni zamanda, avropalı həmkarlarının bu istiqamətdə hər hansı addım atmaq imkanlarının olmasına inanmadığını qeyd edib.

“Avropa siyasi qərarlarının harada səhv getdiyini, Brüsselin niyə miqrasiyaya qarşı aciz olmaqda davam etdiyini, Ukrayna üçün Avropa iqtisadiyyatına ziyan vuran sanksiyaları niyə daha da gücləndirməli olduğumuzu və B planının olub-olmadığını düşünmək üçün sakit və sağlam düşüncədən istifadə etməliyik”, deyə Siyarto sosial şəbəkədə Avropa İttifaqının Xarici İşlər nazirlikləri rəhbərlərinin görüşündən əvvəl yazıb.

Nazir qarşıdan gələn görüşün bu suallara cavab vermək üçün yaxşı fürsət ola biləcəyini, lakin bununla bağlı çox da ümid bəsləmədiyini qeyd edib.

Bundan əvvəl Siyarto Ukrayna münaqişəsi mövzusunda Moskva ilə dialoqu davam etdirməyən ölkələri tənqid edib. Macarıstanın xarici işlər naziri bəyan edib ki, Qərblə Rusiya arasında lazımi təmaslar olmadan sülhə nail olmaq mümkün deyil.

Poliqon.info