Amerikalılar Baydeni ABŞ iqtisadiyyatına zərər verməkdə günahlandırır

Amerikalıların demək olar ki, 50 faizi prezident Co Baydenin siyasətinin ölkə iqtisadiyyatına zərər verdiyinə inanır...

Poliqon xəbər verir ki, bu barədə "Financial Times" Miçiqan ştatında Stiven Ross Biznes Məktəbi ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Sorğu iştirakçılarından Ağ Evin hazırkı rəhbərinin iqtisadi siyasətinin nəyə gətirib çıxardığı ilə bağlı suala cavab vermələri istənilib.

Nəticədə respondentlərin 33 faizi Co Baydenin siyasətinin ABŞ iqtisadiyyatına ciddi ziyan vurduğunu, daha 15 faizi isə Amerika liderinin tədbirlərinin iqtisadi vəziyyətə müəyyən dərəcədə zərər vurduğunu qeyd edib.

Respondentlərin 21 faizi heç nəyin dəyişmədiyini, 26 faizi isə Co Baydenin siyasətinin daha çox kömək etdiyinə inanır.

Sorğu noyabrın 2-dən noyabrın 7-dək aparılıb.

Bundan əvvəl CNN-in sorğusunun amerikalıların Baydendən narazılığını göstərdiyi üzə çıxarmışdı. Sorğunun nəticələri göstərir ki, ABŞ prezident seçkilərinə bir il qalmış Ağ Evin keçmiş rəhbəri Donald Tramp hazırkı lider Co Baydeni qabaqlayır.

Poliqon.info