Britaniyalı ekspert: Qərb liderləri Ukraynada təslim olmağa hazırdır

Qərb liderləri Ukraynada təslim olmağa və onun bölünməsinə razılıq verməyə hazırdırlar...

Poliqon xəbər verir ki, bu barədə London Kral Kollecinin baş professoru və Britaniyanın Telegraf qəzetinin köşə yazarı Con Kuglin yazıb.

Ekspert Ukrayna və Qəzza zolağındakı münaqişələr arasında oxşar cəhətlərə diqqət çəkib.

“Bu münaqişələrin bir sıra təəccüblü oxşarlıqları var, ən azı bir çox Qərb liderlərinin təslim olmaq istəyi görünür”, deyə ekspert bildirib.

Kuglinin sözlərinə görə, siyasətçilər davam edən hərbi əməliyyatların mənasızlığını əsas gətirərək “Ukrayna işinə xəyanət etməkdə” qərarlıdırlar. Nümunə kimi o, Ukraynanın iki yerə bölünməsi ilə bağlı dominant rəyin olduğu Berlini göstərib:

“Şərqdə Rusiyanın işğal etdiyi ərazilər Moskvaya verilə bilər. Onlar bununla ölkənin qalan hissəsinin Aİ-yə qoşulmaq ambisiyalarını həyata keçirməsinə imkan vermək istəyirlər”.

Professor əmindir ki, eyni fikir həm Vaşinqtonda, həm də Parisdə paylaşılır. Ukraynada münaqişəyə son qoymaq istəyi Qəzza zolağında böhranın dərinləşməsi ilə mütənasibdir.

Poliqon.info