ABŞ qırıcıları İranın Suriyada yerləşən silah anbarlarını bombalayıb

ABŞ qırıcıları Suriyada iranyönümlü qruplara aid iki hədəfə zərbələr endiriblər...  

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələrinin hədəflərindən birincisi komanda məntəqəsi, digəri isə silahların saxlandığı anbar olub.

Məlumatı Pentaqonun rəhbəri Lloyd Ostin də təsdiq edib.

O bildirib ki, zərbələr Suriyanın Əbu-Kamal və Mayadin şəhərləri yaxınlığındakı hərbi obyektlərə endirilib.

Lloyd Ostin əlavə edib ki, İranın nəzarətində olan hərbi məntəqələrə zərbə endirilməsi birbaşa Co Baydenin əmri ilə həyata keçirilib.

Poliqon.info