BQXK artıq Qəzza zolağının şimalında fəaliyyət göstərə bilmir

Beynəlxalq Qızıl Xaç Komitəsi artıq Qəzza zolağının şimalına səfər edə bilmir...

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları təhlükəsizlik şəraitinin olmaması səbəbindən Qəzza zolağına daxil ola bilmirlər.

Poliqon xəbər verir ki. bu barədə BQXK-nın Qəzza ofisinin rəhbəri Uilyam Şomburq məlumat verib.

Ofis rəhbəri Qəzzada baş verənləri “dözülməz insan faciəsi” adlandırıb. İnsanlar gecə-gündüz təşkilata zəng edərək, öldürülmək qorxusundan qapını açmağa qorxduqlarını söyləyir və təhlükəsiz yerə çatmaq üçün yalvarırlar.

“Humanitar işçi kimi mən bu çağırışlara cavab verə bilməyəcəyim üçün məyus oldum, çünki komandalarımız Qəzzanın şimalında fəaliyyət göstərmək üçün əsas təhlükəsizlik şərtlərinə malik deyillər”, deyə Şomburq bildirib.

BQXK qeyd edir ki, Qəzza zolağında dinc sakinlər ağ bayraqlar dalğalandıraraq həlak olanların cəsədlərinin yanından on kilometrlərlə yeməksiz və susuz keçib gedirlər. Artıq təxliyyə olunanlar üçün qalmağa yer, yemək, su və gigiyena vasitələri çatışmır.

“Vəziyyət sürətlə humanitar fəlakətə yaxınlaşır”, deyə təşkilat hesab edir.

Poliqon.info