Misir İsrailə görə İranın Qəzzaya humanitar yardımından imtina edib

Misir Qəzza zolağının sakinləri üçün İrandan humanitar yardım almayıb, çünki İsrail yardımlara icazə vermir...

Poliqon xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb. Livan telekanalının məlumatına görə, İran prezidenti İbrahim Rəisi Ər-Riyadda görüş zamanı bununla bağlı Misir prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib.

Qeyd edək ki, İsrailin HƏMAS-a qarşı cavab hərbi əməliyyatı keçirməsi fonunda Qəzza zolağında humanitar vəziyyət xeyli pisləşib. Anklavda əksəriyyəti qadın və uşaqlar olmaqla 11 mindən çox insan həlak olub. 27,5 min nəfər xəsarət alıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1,2 min israilli həlak olub, 5,4 min nəfər yaralanıb, 200-dən çox insan girov götürülüb.

Beynəlxalq təşkilatlar Qəzza zolağında su, qida, dərman və yaşayış yerlərinin qıtlığını qeyd ediblər. BMT agentlikləri vəziyyəti fəlakətli adlandırırlar.

Poliqon.info