Ərdoğan,: Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir

“Qəzzadakı münaqişəsinin həlli üçün ən uyğun təklifləri irəli sürən ölkə Türkiyədir. Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən geri dönərkən jurnalistlərin suallarına cavabında bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Qəzza Fələstin torpağıdır və Körfəz ölkələri də İsrailə təzyiqi artırmalıdırlar. Ərdoğan onu da əlavə edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenə zəng etməycək: 

“Dünyanın gələcəyi və insanların həyatı (BMT TŞ-da) veto hüququ olan 5 ölkənin insafına buraxıla bilməz. Bu coğrafiyada Türkiyəsiz təşəbbüs göstərmək, planlar qurmaq mümkün deyil. Bizim mövqeyimiz, dəyərlərimiz və prinsiplərimiz bəllidir".

Poliqon.info