Azərbaycan Konstitusiyasını hazırlayan 35 nəfər kimlər olub? — Siyahı

Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılıb...

Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.

Modern.az xatırladır ki, 1995-ci il mayın 2-də yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təşkil edilib.

Yeri gəlmişkən bu, müstəqil ölkənin ilk konstitusiyasını hazırlamaq üçün yaradılan ikinci belə komissiya idi. 1993-cü il 6 dekabrda yaradılan komissiya 1995-ci ildə ləğv edildi və komissiya yenidən təşkil edildi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası sədrlə birlikdə 35 nəfərdən ibarət idi. Komissiyada təmsil olunan şəxslər hökumət rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri idi.

Komissiyanın sədr müavini həmin vaxt Ali Sovetinin sədri olan Rəsul Quliyev olub.

Komissiyanın üzvləri isə aşağıdakılar idi:

Fuad Quliyev — Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev — Prezidentin İcra Aparatının rəhbəri

Arif Rəhimzadə Arif — Ali Sovet sədrinin birinci müavini

Yaşar Əliyev — Ali Sovet sədrinin müavini

Namiq Həsənov — Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri

Şəmsəddin Xanbabayev — Naxçıvan Muxtar Respublikasının Baş naziri

İzzət Rüstəmov — Baş nazirin müavini

Elçin Əfəndiyev — Baş nazirin müavini

Aslan Abbasov — Milli Məclisin hüquq siyasəti daimi komissiyasının sədri

Yusif Səməd oğlu—Azərbaycan Respublikası Milli Məclisinin Xarici işlər daimi komissiyasının sədri

Şirin Hacıkərimov — Milli Məclisin Dövlət quruculuğu və müdafiə məsələləri daimi komissiyasının sədri

Xanlar Hacıyev - Ali Məhkəmənin sədri

Eldar Həsənov — Baş prokuror

Həsən Həsənov — Xarici işlər naziri

Rafael Allahverdiyev — Bakı şəhər İcra hakimiyyətinin başçısı

Südabə Həsənova - Ədliyyə nazirin birinci müavini

Eldar Salayev - Elmlər Akademiyasının prezidenti

Anar Rzayev — Yazıçılar Birliyinin sədri

Murtuz Ələsgərov — M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru, professor, hüquq elmləri doktoru

Ziya Bünyadov — Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü

Fərəməz Maqsudov — Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü

Ağamusa Axundov — Azərbaycan Respublikası Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru

Məsumə Məlikova - Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü

Səfiyar Musayev — M. Rəsulzadə adına BDU-nun professoru, tarix elmləri doktoru

Fuad Qasımzadə — M. Rəsulzadə adına BDU-nun professoru, fəlsəfə elmləri doktoru

Səfa Mirzəyev - Ali Sovet Katibliyinin Baş katibi

Şahin Əliyev — Prezidentin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Etibar Məmmədov — Milli Məclisin üzvü

Asya Manafova - Milli Məclisin üzvü

Mixail Zabelin — Milli Məclisin üzvü

Hüseynağa Qəniyev - Milli Məclisin üzvü

Əli Ömərov — Milli Məclisiniş üzvü

Rəfiqə Əzimova — Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutunun aparıcı mütəxəssisi, fəlsəfə elmləri doktoru