Bakıda ər arvadını bıçaqladı

Bakının Bilgəh qəsəbəsində ailədaxili münaqişə bıçaqlanma ilə nəticələnib
Qəsəbənin Azəbaycan qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.   Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı qadın əməliyyat olunub və vəziyyəti ağırdır. Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov isə hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb. (apa)