Fələstin Səhiyyə Nazirliyi: "Əl-Şifa"da 39 körpə ölüm riski altındadır

Qəzzanın "Əl-Şifa" xəstəxanasında elektrik enerjisinin kəsilməsi, oksigen və dərman çatışmazlığı səbəbindən 39 körpə ölüm riski ilə üzləşib.

AzPolitika.info saytı Jerusalem Post qəzetinə istinadla xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl səhiyyə naziri Mai Əl-Kayla mətbuat konfransında 39 körpənin öldüyünü demişdi. Nazirlik sonradan açıqlamanı dəqiqləşdirən məlumat yayıb.

Poliqon.info