Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasından (EHF) növbəti təyinat alıb.

“Report”un məlumatına görə, beynəlxalq dərəcəli nümayəndə qadınlar arasında Avropa Liqasının III mərhələsinin “ZORK Yaqodina” (Serbiya) – “MKS Lublin” (Polşa) oyununda EHF-nin deleqatı olacaq.

Noyabrın 11-də Yaqodinada yerləşən JASSA İdman Zalında təşkil olunacaq görüşü Moldovadan olan hakimlər idarə edəcəklər.

Poliqon.info