Ehtiyatda olan general-mayor vəfat edib

Ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib...

"Report" xəbər verir ki, general-mayor bu gün 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə faktı Müdafiə Nazirliyi də təsdiq edib.

Qeyd edək ki, Mahmud Həmzəyev Beyləqan korpusunun sabiq komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.

2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.

Poliqon.info