Müdafiə Nazirliyinin şəxsi heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib - Foto

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib...

Hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

##galery##

Poliqon.info