Səfir: Türkiyə azad edilən torpaqların inkişafında Azərbaycana dəstəyini verəcək

Azərbaycan 44 günlük müharibə ilə sadəcə öz ərazilərini azad edib, Cənub Qafqazda sülh, regional barış və bölgə xalqlarının dinc birgə yaşayışı üçün imkan yaradıb...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Zəfər günü münasibətilə Tbilisidə keçirilən tədbirdə deyib.

“Azərbaycan bu hərbi əməliyyatı öz torpaqlarında həyata keçirib, dünya bunu görməlidir. Azərbaycan bu addımı gerçəkləşdirərkən heç kimi torpağına təcavüz etməyib, öz işğal altındakı torpaqlarını azad edib. Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq, işğaldan azad edilən torpaqların inkişaf etdirilməsində öz dəstəyini verəcəkdir”, - deyə səfir bildirib.

Poliqon.info