İsrail Livanda “Hizbullah”ın postuna hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) Livan “Hizbullah” Hərəkatının postuna hücum edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.

İsrail ordusunun mətbuat xidməti bildirib, hücumin məqsədi Livandan gələn təhdidin qarşısını almaq olub. Baş verənlərlə bağlı əlavə məlumat verilmir.

Məlumatda deyilir ki, bundan bir qədər əvvəl sərhəd yaxınlığında Livandan olan terrorçu qrup tank əleyhinə raketlərlə İsrail ərazisinə hücuma cəhd etsə də, onların hərəkətləri uğursuz alınıb. İsrail ordusu bu hücumun qarşısını alıb.

Poliqon.info