Azərbaycanlı Nobel mükafatı laureatı İran həbsxanasında aclıq aksiyasına başlayıb

Həbsxana rəsmiləri Nərgiz Məhəmmədi hicab taxmaqdan imtina etdiyi üçün onu xəstəxanaya aparmaqdan imtina ediblər...

Nobel Sülh Mükafatı laureatı Nargiz Məhəmmədi özü və digər məhbuslara İran həbsxanasında tibbi yardım göstərilməsinə icazə verilmədikdən sonra aclıq aksiyasına başlayıb.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, bir neçə gün əvvəl Məhəmmədinin ailəsi, onun üç damarının tıxanmasından və ağciyərlərində təzyiqdən əziyyət çəkdiyini bildirib. Buna baxmayaraq, həbsxana rəsmiləri Məhəmmədi hicab taxmaqdan imtina etdiyi üçün onu xəstəxanaya aparmaqdan imtina ediblər.

“Bu gün Nərgiz İslam Respublikasının xəstə məhbuslara tibbi yardımı gecikdirmə siyasətinə və iranlı qadınlar üçün məcburi hicab siyasətinə etiraz etmək üçün aclıq aksiyası keçirir”, deyə Nobel Sülh Mükafatı laureatının tərəfdarları sosuial şəbəkələrdə yazıblar. Onlar Nərgiz Məhəmmədinin azad edilməsini tələb edirlər.

Fəallar həmçinin qadının başına gələn bütün bəlalarda İran hökumətini günahlandıraraq, onun dərman qəbul etməkdən imtina edərək yalnız su, şəkər və duz istehlak etdiyini təsdiqləyiblər. İran rəsmiləri də öz növbəsində Məhəmmədinin aclıq aksiyasını tanımayıb və məlumatı təsdiqləməyib.

Qeyd edək ki, Norveç Nobel Komitəsi 2023-cü ildə qiyabi olaraq İran həbsxanasında məhkum olan Nərgiz Məhəmmədini Nobel Sülh Mükafatı ilə təltif edib. Qeyd olunur ki, mükafat İranda qadınlara zülmə qarşı mübarizədə və insan hüquq və azadlıqlarının təşviqində göstərdiyi səylərə görə verilib.

Xatırladaq ki, Nərgiz Məhəmmədi Azərbaycan əsilli hüquq müdafiəçisidir. İranda hicaba itaətsizlik etməklə kütləvi feminist vətəndaş itaətsizliyinin səsli tərəfdarıdır və 2023-cü ilin hicab və iffət proqramının kəskin tənqidçisidir. 2016-cı ilin mayında o, Tehranda “ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı” yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib. 2020-ci ildə azad edilsə də, 2021-ci ildə yenidən həbsxanaya göndərilib.

Poliqon.info