Anti-Ukrayna partiyası Rumıniyada seçkilər ərəfəsində populyarlıq qazanır

İfrat sağçı “Rumınların Birliyi” Alyansı (AUR) Rumıniyada populyarlıq qazanır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazır. Nəşrin məlumatına görə, siyasi qüvvə anti-Ukrayna təbliğatını dəstəkləməklə faktiki olaraq ölkədə əsas müxalifət hərəkatına çevrilib.

“Rumın dilində “qızıl” mənasını verən AUR, dezinformasiyanı təbliğ etməklə artan anti-Ukrayna əhval-ruhiyyəsindən istifadə edir və 2019-cu il seçkilərindən sonra seçicilər arasında dəstəyini 20%-ə çatdırmaq üçün yalan təbliğat yayır”, deyə Ruminiyanın hakim Sosial Demokrat Partiyasının bəyanatında bildirilir.

FT yazır ki, AUR Kiyevə davamlı dəstəyin əleyhinədir və rumınların Ukraynadakı münaqişə ilə heç bir əlaqəsi olmadığını vurğulayır. Bundan əlavə, partiya Rumıniyanın maraqlarını nəzərə almaqla ABŞ və Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılmasının tərəfdarıdır.

FT-nin sorğularına əsasən, Rumıniyada siyasi qüvvələrin reytinqində hakim Sosial Demokratlar hələ də 30,1% dəstəklə birinci, Rumınların Birləşməsi Alyansı isə 20,2% səslə ikinci yerdədir. İlk üçlüyü 19,7% səslə hökumətin ortağı olan Milli Liberal Partiyası qapayır. Dördüncü yerdə müxalif “Rumıniyanın Xilası İttifaqı” 11%-lə qərarlaşıb.

Poliqon.info