İsrail Hava Hücumundan Müdafiə Sistemini gücləndirir

ABŞ-ın yardımı sayəsində İsrailə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri arsenalını ikiqat artırmağa imkan verəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Nəşr qeyd edir ki, ABŞ-ın yardımı İsrailin “Dəmir Qübbə” Hava Hücumundan Müdafiə Arsenalını ikiqat artıra bilər.

Bildirilir ki, 14,3 milyard dollar məbləğində yardım paketi İsrailin “Rafael” konsernindən ən azı 14 min “Tamir” raket ələ keçirən sistemin 100-dən çox buraxılış qurğusunun alınmasına xərclənəcək. Buda İsrailə mövcud 10 batareya əvəzinə ümumilikdə 25 hava hücumundan müdafiə batareyasının formalaşdırmağa imkan verəcək.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə təqribən 14,3 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı ayrıca qanun layihəsini təsdiqləyib.

Poliqon.info