Sardiniya sahillərində böyük qədim xəzinə aşkar edilib

İtaliyanın Sardiniya adası sahillərində dalğıc eramızın 4-cü əsrinə aid 30 mindən çox iri bürünc sikkə tapıb...

Poliqon xəbər verir ki, bu barədə İtaliya Mədəniyyət Nazirliyinə istinadən CNN telekanalı məlumat yayıb. Nazirliyin açıqlamasında deyilir ki, dalğıc Arzaçena şəhəri yaxınlığında dayaz sularda bir neçə metal sikkə aşkar edib. Araşdırma nəticəsində bu sikk\lərin “follis”, Qədim Romanın bürünc və ya mis sikkələri olduğu ortaya çıxıb. Sonradan Bizansda bu pul vahidindən istifadə edib.

Sikkələrin çəkisinə əsasən, tapıntınınümumi sayının 30.000 ilə 50.000 arasında olduğu təxmin edilir.

Tapılan sikkələrin hamısı nadir qorunmuş vəziyyətdədir, yalnız dördü zədələnib, lakin hələ də oxuna bilir. Açıqlamaya görə, sikkələr eramızın 324-340-cı illərinə aiddir və bu sikkələrin hamısı Roma İmperiyasının zərbxanalarında basılıb.

Mədəniyyət Nazirliyindən bildiriblər ki, sikkələrin tapıldığı yer, çimərlik və dəniz otu yamacı arasındakı qumlu silsilə nəzəri olaraq qəzaya uğramış gəminin izlərini qoruyub saxlaya bilər.

Poliqon.info