Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 10 ayda 27,7% artıb

Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət illik müqayisədə 27,7% artaraq 196,48 milyard dollar təşkil edib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Çindən Rusiyaya 10 ayda ixrac 52,2% artaraq 90,08 milyard dollara, Rusiya mallarının idxalı isə 12,4% artaraq 106,4 milyard dollara çatıb.

TASS yazır ki, hesabat dövründə Rusiyanın müsbət saldosu illik müqayisədə təxminən 53% azalaraq 16,32 milyard dollar təşkil edib. Ayrı-ayrılıqda, oktyabrda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sentyabr ayı ilə müqayisədə 9% azalaraq 19,79 milyard dollara çatıb. Rusiyadan idxal aylıq olaraq 3,7% azalaraq 11,1 milyard dollar təşkil edib.

Dəyər baxımından Rusiyadan Çinə idxal olunan malların əsas hissəsini neft, təbii qaz və kömür təşkil edib. Həmçinin Çinə Rusiyadan mis, taxta, yanacaq və dəniz məhsulları da tədarük edilir. Çin Rusiyaya smartfonlar, sənaye və xüsusi avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər ixrac edir.

Poliqon.info