HƏMAS-la müharibədə yer dəyişən israillilər BMT-ni ittiham ediblər

İsrailin insan haqları təşkilatı “Şurat Ha-Din” və 2300 köçkün israilli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına məktub yazaraq, təşkilatı İsrail daxilində yüz minlərlə köçkünlərin acınacaqlı vəziyyətinə məhəl qoymamasını pisləyib...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Times of Israel qəzeti yayıb.

“İsraillilərin vəziyyətinə, təhlükəsinə və travmalarına məhəl qoymursunuz, çünki onlar Qəzzalı müsəlman deyil, yəhudidirlər və buna görə də biz sizin səy və müdafiənizə layiq deyilik”, deyə “Şurat Ha-Din” təşkilatının bəyanatında deyilir.

Məktubda bildirilir ki, HƏMAS və “Hizbullah”ın hücumları səbəbindən 130 minə yaxın israilli təxliyə edilib, daha 120 min nəfər isə könüllü olaraq şimal və cənub sərhəd bölgələrini tərk edib.

Məktub müəllifləri xüsusilə qeyd edirlər ki, təşkilat İsrail qaçqınlarının vəziyyəti ilə bağlı BMT Baş Assambleyasının iclasını çağırmayıb, döyüş bölgəsində İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görməyib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, hərbi münaqişə səbəbindən Qəzza zolağının 1,5 milyon sakini öz evlərini tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. 710 mindən çox insan BMT-nin Fələstinli qaçqınlar üzrə agentliyi olan UNRWA obyektlərində sığınacaq verir.

Oktyabrın 12-də UNRWA bildirib ki, Qəzza zolağının sakinlərinə kömək üçün 104 milyon dollara ehtiyac var.

Poliqon.info