ABŞ Dövlət Departamentinin əməkdaşları Baydendən Qəzzada atəşkəsi dəstəkləməyi tələb edirlər...

ABŞ Dövlət Departamentinin əməkdaşları Bayden İsraillə bağlı siyasətindən narazıdırlar...

ABŞ Dövlət Departamentinin əməkdaşları İsrailin Fələstinin HƏMAS hərəkatı ilə müharibəsində Amerika prezidenti Co Bayden administrasiyasının hərəkətlərini kəskin tənqid ediblər.

Poliqon xəbər verir ki. bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin əldə etdiyi memorandumda qeyd olunur ki, amerikalı diplomatlar, ABŞ-ın İsrailin hərəkətlərini açıq şəkildə tənqid etməyə hazır olmasında təkid edirlər.

Nəşr Dövlət Departamentindəki bir neçə mənbəyə istinadən yazır ki, memorandum diplomatların, xüsusən də orta və aşağı səviyyəli diplomatların mesajıdır. Dövlət Departamentinin rəsmiləri İsrailin hərəkətlərini açıq şəkildə tənqid etmək imkanından əlavə, Co Bayden administrasiyasından Qəzza zolağında atəşkəsi dəstəkləməyi tələb edirlər.

“Biz İsrailin beynəlxalq normaları pozmasını, məsələn, hücum əməliyyatlarını qanuni hərbi hədəflərlə məhdudlaşdırmamasını açıq şəkildə tənqid etməliyik. İsrailin zorakılığını və qeyri-qanuni torpaqları zəbtini dəstəklədikdə və ya fələstinlilərə qarşı həddindən artıq güc tətbiq etdikdə, bunun Amerika dəyərlərinə zidd olduğunu açıq şəkildə bəyan etməliyik ki, İsrail cəzasız qalmasın”, deyə memearandumda bildirilir.

Politico xəbər verir ki, memorandum “xüsusii, lakin məxfi deyil” nişanı ilə qeyd olunub. Sənəddə onu neçə nəfərin imzaladığı göstərilmir. Nəşr əlavə edib ki, Dövlət Departamentinin uzun müddətdir ki, fəaliyyətdə olan şikayətlər mexanizmi var və ABŞ administrasiyasının “razılaşmaq kanalı” adlanan vasitədən istifadə etmək anonimdir.

Nəşrin Dövlət Departamentindəki mənbəsi bildirib ki, mesajın müəllifləri Yaxın Şərqdə çalışmış iki orta səviyyəli diplomatdır. Memorandumda xüsusilə qeyd olunur ki, İsrail HƏMAS yaraqlılarına qarşı ədalət axtarmaq hüququna malikdir, lakin müharibənin gətirdiyi qurbanların sayı qəbuledilməzdir. Bəyanatda deyilir ki, ABŞ həm HƏMAS, həm də İsraili məsuliyyətə cəlb etməlidir.

Qeyd edək ki, Ağ Ev rəsmi olaraq Qəzza zolağında atəşkəsə qarşıdır və əvəzində humanitar yardımın çatdırılması üçün “fasilə” təklif edir. Birləşmiş Ştatlar iki dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və BMT Baş Assambleyasının digər məsələlərlə yanaşı, atəşkəs tələb edən qətnamələrinə qarşı çıxıb. Eyni zamanda, bir sıra KİV-in məlumatına görə, Birləşmiş Ştatlar İsraili Qəzzanın mülki əhalisi arasında itkiləri azaltmaq üçün qeyri-ictimai kanallardan istifadə edir.

Poliqon.info