Netanyahu saatlıq taktiki atəşkəsə razılıq verib...

İsrailin Baş naziri Qəzzaya humanitar yardımın çatdırılması üçün bir neçə saatlıq atəşkəsi mümkün hesab edir...

Poliqon xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABC telekanalına müsahibəsində növbəti dəfə Qəzza zolağında atəşkəs rejiminə qarşı çıxış edib. Baş nazir humanitar yardımların anklavlara çatdırılmasına və girovların ayrı-ayrı şəxslərin azad edilməsinə imkan yaratmaq üçün bir saat davam edən “taktiki fasilələri” mümkün hesab edib.

“Taktiki kiçik fasilələrə gəlincə, bir saat burada, bir saat orada atəşkəs elan etmək olar. Belə hallar bizdə əvvəllər də olub. Mən inanıram ki, biz malların, humanitar ləvazimatın gəlməsi və ya ayrı-ayrı girovlarımızın azad edilməsi üçün taktiki atəşkəskərdən istifadə edə bilərik. Ancaq ümumi atəşkəsin olacağını düşünmürəm”, deyə Baş nazir Qəzza zolağında “humanitar fasilə”nin olub-olmayacağı ilə bağlı suala cavab verib.

Benyamin Netanyahu hesab edir ki, “humanitar fasilələr” İsrailin hərbi məqsədlərinə və ölkənin girovları azad etmək səylərinə mane ola bilər.

Fələstinin HƏMAS hərəkatı girovları təhvil verməyə razı olarsa, İsrail atəşkəsə razılıq verməyə hazırdırmı, sualına Baş nazir müsbət cavab verib.

Poliqon.info