Hakan Fidanın Blinkenlə görüşünün nəticələri açıqlanıb - Yenilənib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb...

Türkiyə və ABŞ Qəzzada mülki şəxslərin hədəf alınmaması, humanitar yardım dəhlizi və iki dövlətli həll məsələlərində həmfikirdir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN-dən diplomatik mənbələr ABŞ Dövlət Katibi Entoni Blinkenin Türkiyəyə səfərinin nəticələrinə dair bildiriblər.

Qeyd olunub ki, bugünkü görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə İsrailin Qəzzada insanların köçməyə məcbur edilməsinin qarşısının alınmalı və dərhal atəşkəsin elan edilməli olduğunu vurğulayıb.

***

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, danışıqlar 3 saat çəkib.

Tərəflər qarşılıqlı maraq doğuran mələləri müzakirə ediblər.

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər.

Müzakirələrdən sonra onların birgə mətbuat konfransı keçirmələri gözlənilir.

Qeyd edək ki, A.Blinken Ankarada səfərdədir.

Poliqon.info