Sabirabadda evdə partlayış olub, yaralanan var

Sabirabadda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir qadın yanıq xəsarətləri alıb...

Modern.az xəbər verir ki, partlayış ötən gün Sabirabad şəhəri Heydər Həmidov küçəsi, ev 59-da qeydə alınıb. Partlayış evin mətbəx hissəsində baş verib. Həmin zaman mətbəxdə olan ev sahibi Südabə Zərbəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info