İordaniya Qəzzaya humanitar yardımı paraşütlə atıb

İordaniya Hərbi Hava Qüvvələri Qəzza zolağında fələstinlilərə tibbi yardım çatdırıb...

Poliqon xəbər verir ki, bu barədə İordaniya kralı II Abdullah məlumat verib. Kral bildirib ki, təyyarələr tibbi ləvazimatlarını Qəzzaya paraşütlə atıblar.

“Pilotlarımız Qəzzada gecə-gündüz işləməyə davam edən İordaniya səhra xəstəxanası üçün dərman yükünü paraşütlə atmağa müvəffəq olub”, deyə Kral X sosial şəbəkəsində yazıb. II Abdullah həmçinin fələstinlilərə dəstəyini ifadə edib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Fələstin hərəkatının 1,4 min israillinin ölümü və 5,4 min insanın yaralanması ilə nəticələnən hücumu ilə başlayıb. İsrail cavab hərbi əməliyyatı həyata keçirir. Artıq 9,5 minə yaxın fələstinli həlak olub. Onların əksəriyyəti qadın və uşaqlardır. 24,2 min nəfər xəsarət alıb. 6 mindən çox evə ziyan dəyib, Qəzza zolağının 1,5 milyon sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Poliqon.info