Moldovada hakim partiya yerli seçkilərdə məğlub olur

Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) yerli seçkilərdə uduzur....

Poliqon xəbər veruir ki, bu barədə TASS Agentliyi MSK-nın səslərin 90%-nin hesablanmasının nəticələrinə əsasən məlumat yayıb. Hakim partiyanın namizədləri 36 şəhərdən 30-da bələdiyyə sədrliyi uğrunda mübarizədə uduzurlar; ilkin məlumatlara görə, partiya heç bir rayon şurasında səs çoxluğu əldə etməyəcək.

Əksər şəhərlərdə liderlər keçmiş prezident İqor Dodonun Sosialistlər Partiyası, “Bizim partiya” və digər müxalifət birliklərinin namizədləridir.

Kişinyovda hazırkı meri İon Ceban (Milli Alternativ Hərəkat) ilkin seçkilərdə qalib gəlir, o, səslərin 51,2 faizini toplayır. Hakim partiyanın namizədi Lilian Karp 27,9% səs toplayıb. İkinci böyük şəhər Baltidə hakim partiyanın namizədi dördüncü yerdədir. “Bizim Partiya”nın namizədi Aleksandr Petkov (22,7%) və müstəqil namizəd Arina Korşikova (21,5%) ikinci turda mer postu uğrunda mübarizə aparacaqlar. Üçüncü ən böyük şəhər olan Orheidə Moldovada qadağan olunmuş Şor partiyasının lideri İlan Şorun dəstəklədiyi müxalifətçi Tatyana Koçiu (53,8%) qalib gəlir.

Seçici fəallığı 41,4% təşkil edib ki, bu da 2019-cu il seçkiləri ilə (41,7%) müqayisə oluna bilər. Səkkiz kənddə seçki baryeri aşılmayıb, onlarda təkrar seçkilər təşkil olunacaq. MSK sədri Angela Karaman bildirib ki, səsvermə əhəmiyyətli pozuntular olmadan keçirilib.

Poliqon.info