Qazaxda "Tarix yazan Qəhrəmanlarımız" adlı rəsm sərgisi keçirilib

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tarix yazan Qəhrəmanlarımız” adlı rəsm sərgisi keçirilib...

Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olan, işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. 44 gündə qazandığımız şanlı Zəfər Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. Bu gün noyabrın 8-də 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhəri Günü kimi yaddaşlara yazılacaq. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.

Noyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Tarix yazan Qəhrəmanlarımız” adlı rəsm sərgisi keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, şəhid ailələri, qazilər, Qalereyanın əməkdaşları, dərnək üzvləri, mədəniyyət, təhsil işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

##galery##

Poliqon.info