Ukraynanın müdafiə naziri ABŞ-dən daha çox silah tələb edib

Ukraynanın müdafiə naziri Rustem Umerov ABŞ-dən daha çox silah istəyib...

“Report” xəbər verir ki, o, bu barədə tələbini ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Ostin Lloydla telefon danışığında qarşı tərəfə bildirib.

Tərəflər həmçinin döyüş meydanındakı son durumu və gələcək əməliyyatları müzakirə ediblər.

R.Umerov davamlı dəstəyə görə həmkarına təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl ABŞ və Avropa İttifaqının (Aİ) Ukraynanı Rusiya ilə danışıqlara çağırması barədə məlumat yayılmışdı.

Poliqon.info